AZ

Saray qəsəbəsində məktəbliləri avtomobil vurub- ÖLƏN VAR

Abşeronun Saray qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə zamanı “Chevrolet Cruze” markalı avtomobil yolu keçmək istəyən iki məktəbli oğlanı vurub.

NOCOMMENT.az xəbər verir ki, Zərbənin gücündən azyaşlılardan biri hadisə yerində ağır xəsarətlər alıb və xəstəxanaya çatdırılsa da, həyatını itirib. Digər uşaq isə ağır vəziyyətdə Sumqayıt şəhər xəstəxanasında həkim nəzarəti altındadır.

Qəza yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır, sürücü saxlanılıb. Hadisənin başvermə səbəbləri müəyyənləşdirilir.

Seçilən
45
nocomment.az

1Mənbələr