Bakı. Trend:
Dövlət İmtahan Mərkəzi 26 oktyabr 2025-ci il tarixində musiqi,incəsənət, bədii sənətkarlıq, rəssamlıq, muğam, aşıq məktəb vəmərkəzlərinə işə qəbul ilə bağlı xüsusi müsabiqənin test imtahanıkeçirib.
Mərkəzdən Trend-əməlumata görə, imtahan DİM-in elektron imtahanlar korpusundakompüter vasitəsilə aparılıb və namizədlərə biliklərini nümayişetdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanıyekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqdanəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçininsabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.
İmtahanda 118 namizəd iştirak edib.
Test mərhələsində tələb olunan keçid balını toplayaraq uğurqazanan namizədlər müsahibə mərhələsinə buraxılır.
İmtahanın məzmunu ilə bağlı müraciətlərə 28 – 29 oktyabrtarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzininəsas inzibati binasında baxılacaq. Ünvan: Bakı şəhəri, Nəsimirayonu, Akademik Həsən Əliyev küçəsi, 299.