
ABŞ Prezidenti Donald Tramp Kanada mallarına rüsumları daha 10% artırmaq qərarına gəldiyini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə dövlət başçısı “Truth Social” sosial şəbəkə hesabında yazıb.
“Onların ciddi təhrif və düşmənçilik hərəkətləri ilə əlaqədar mən Kanada üçün tarifi onların hazırda ödədiklərindən 10% artırıram”, - deyə o, bidirib.
Ağ Ev rəhbəri qeyd edib ki, Kanada hakimiyyət orqanları ABŞ-da 40-cı ABŞ prezidenti Ronald Reyqanın tarifləri tənqid etdiyi və azad ticarət prinsiplərini müdafiə etdiyi çıxışından fraqmentləri əks etdirən reklam çarxının ABŞ-də yayımlanmasını tapşırıb. Tramp video və audio kliplərin yanlış təəssürat yaratmaq üçün qəsdən seçildiyini iddia edib. Bununla belə, o əlavə edib ki, Kanada Reyqanın çıxışını dəyişdirmək üçün nə icazə alıb, nə də xahiş edib.
Qeyd edək ki, bundan əvvəl Tramp keçmiş Prezident Ronald Reyqanın çıxışının təhrif olunduğu reklam çarxı ilə əlaqədar Kanada ilə ticarət danışıqlarını dayandırdığını bildirmişdi.
Xatırladaq ki, ABŞ Ali Məhkəməsi hazırda Trampın digər ölkələrə, o cümlədən Kanadaya tətbiq etdiyi bir çox tariflərin qanuniliyini nəzərdən keçirir. Müzakirələrin noyabrda başlayacağı gözlənilir.