AZ

 Sumqayıtda ağır qəza: “Mercedes” divara çırpılıb, 4 nəfər yaralanıb

Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. “Mercedes” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı divara çırpılıb.

NOCOMMENT.az-ın Sumqayıt bürosunun məlumatına görə, qəza nəticəsində avtomobildə olan 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb.

Hadisə ilə bağlı araşdırma aparılır. İlkin ehtimallara görə, qəzanın baş verməsinə sürücünün sükan arxasında diqqətinin yayılması və ya texniki nasazlıq səbəb ola bilər.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq tədbirlər görülür.

Seçilən
45
nocomment.az

1Mənbələr