AZ

Rusiya malları Azərbycan üzərində Ermənistana daşınacaq

ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Rusiya Dəmir Yolları (RJD) və onun regional həmkarları hazırda Rusiya mallarının Azərbaycan üzərindən Ermənistana tranzitinin təşkili üzərində işləyirlər. 

“Cebheinfo.az”-ın TASS-a istinadən məlumatına görə, bu barədə jurnalistlərə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.

Bir müddət əvvəl Azərbaycan Prezidenti İlham Əliyev rəsmi olaraq rəsmi Bakının öz ərazisindən Ermənistana yük tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırdığını açıqlayıb.

"Azərbaycan tərəfi bizə Rusiya məhsullarının Azərbaycan üzərindən Ermənistana tranziti üçün Azərbaycan Dəmir Yollarından istifadənin mümkünlüyünü təsdiqləyib. Başqa sözlə, bu məsələdə çox maraqlı irəliləyişlər əldə etmişik. Rusiya Dəmir Yolları hazırda regional həmkarları ilə birlikdə bu daşımaların təşkili üzərində işləyir. Biz, həmçinin bu yeni logistika marşrutunun hazırlanması üçün Kənd Təsərrüfatı Nazirliyinə müvafiq göstərişlər vermişik", - Overçuk qeyd edib.

Xəzər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
37
29
cebheinfo.az

10Mənbələr