GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq rəhbəri Ekrem İmamoğlunun mərkəzində baş verən casusluq istintaqı ilə bağlı yeni detallar ortaya çıxıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “SABAH” nəşri məlumat yayıb.
“Hüseyin Gün təxminən 500 səhifəlik ifadə verib. O, İmamoğlu və onun seçki kampaniyasını idarə edən Necati Özkanın ingilis kəşfiyyatı ilə əlaqələri barədə fikir bildirib. Araşdırmalara görə, Hüseyin Gün Necati Özkana İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) məlumat bazasının surətinin çıxarılması ilə bağlı mesajlar göndərib. Bu yazışmalar FETÖ-çülərin istifadə etdiyi “ByLock” tipli şifrəli tətbiqlər vasitəsilə aparılıb. Gün effektiv “peşmanlıq qanunları”ndan yararlanıb”, – deyə bildirib.
Qeyd edək ki, “peşmanlıq qanunu” Türkiyədə geniş tətbiq olunur və terrorçu PKK təşkilatının sıralarından könüllü olaraq qaçıb, dövlətə sığınanların himayəsini, cəzalarının, yaxud da cəzasızlıqlarının dərəcəsini müəyyənləşdirir.
Safura Bənnayeva
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.