AZ

Bakının bu əraziləri plana düşdü - Daha 4 rayonunda söküntü olacaq – ÜNVANLAR

Bakının daha 4 rayonunda qəzalı və yaşayışa yararsız evlərin sökülməsi nəzərdə tutulur.

FED.az xəbər verir ki, söküntü işləri Bakının Səbail, Binəqədi, Subançu və Suraxanı rayonları ərazisində aparılıcaq.

Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Ərazi Tikinti-Planlaşdirma Mərkəzi adlı qurum Səbail, Binəqədi, Subançu və Suraxanı rayonları ərazisində istismar müddəti bitmiş qəzalı binaların söküntü işlərini təşkil edəcək. 

Səbail rayonu ərazisində söküntü işləri Salman Mümtaz küçəsində, ev 30 və uv 34 ünvanında, eləcə də Dağlıq küçəsi 24 ünvanında yerləşən istismar müddəti bitmiş qəzalı binalarda aparılacaq.

Binəqədi rayonunda isə söküntü işləri 1-ci Mədən küçəsi, korpus 54, korpus 73 və korpuz 98 ünvanında yerləşən istismar müddəti bitmiş qəzalı binalarda aparılacaq. 

Sabunçu rayonunda işlər rayonun Q.Vəzirov küçəsi, döngə 2, bina 5 və 6 ünvanlarında, Y.Qasımov küçəsi, ev 39 ünvanında yerləşən istismar müddəti bitmiş qəzalı binalarda aparılacaq.

Suraxanıda isə söküntü işləri rayonun Bakı Xanlar Ələkbərov küçəsi, ev 43 ünvanında yerləşən istismar müddəti bitmiş qəzalı binasında aparılacaq.

Seçilən
89
fed.az

1Mənbələr