ain.az bildirir, Cebheinfo portalına istinadən.
“Bugünlərdə Vvergilər Məcəlləsinə yeni dəyişiklilər çox müzakirə edilir. Əsasəndə özəl sektorda 2500 qədər olan maaşlara 3%verginin tətbiq edilməsi müzakirə edilir. Çox saytlar 1000 manata olan maaşlardan 30 manat vergi tutulacağını bildirillər. Lakin bu səhvdir. Belə ki, hazırkı dəyişiklik Vergilər Məcəlləsinin 102.1.6 maddəsinin tələblərini yenidən tətbiq etməyə imkan verir”.
“Cebheinfo.az” xəbər verir ki, bunu iqtisadçı-ekspert Eyyub Kərimli deyib.

“Həmin maddənin tələbinə əsasən fiziki şəxslərin gəlirləri ayda 2500m olduqda, 200 manat olan hissəsi vergi tutulmasından azaddır. Yəni ki, 1000 manat maaş alan insan 30 manat deyil, 24 manat vergi ödəyəcək: 1000m -200manat=800 m x 3%=24manat. Həmin maddənin tələbi, ödəniləcək verginin 6 manat azalmasına imkam verir. 2500 manat maaş alan şəxs isə 75 deyil, 69 manat vergi ödəməli olacaq”,-deyə o bildirib.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.