AZ

Bədii gimnastika üzrə “Grace of nature” turnirinə bu gün yekun vurulacaq

ain.az, Azertag portalına istinadən məlumat verir.

Qəbələ, 26 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

“İdman Paytaxtı” Qəbələdə bədii gimnastika üzrə “Grace of nature” turniri davam edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qəbələ Olimpiya İdman Kompleksində təşkil edilən yarışın sonuncu günündə 2010-2013-cü il təvəllüdlü gimnastlar müxtəlif alətlər üzrə bacarıqlarını nümayiş etdirirlər. Günün ikinci yarısında isə 8 qrup hərəkətləri komandası medallar uğrunda yarışacaq.

Qeyd edək ki, turnirə oktyabrın 24-də start verilib. Yarışda ölkəmizin müxtəlif bölgələrini təmsil edən 20 idman klubundan fərdi proqram üzrə 203 gimnast və 8 qrup hərəkətləri komandası iştirak edir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
109
1
azertag.az

2Mənbələr