ABŞ Kambocadan tutmuş Yaponiya və Cənubi Koreyaya kimi Hind-Sakit okean regionunda əsas tərəfdaşlarla bir sıra ticarət sazişləri imzalayacaq.
NOCOMMENT.az RİA Novosti-yə istinadən xəbər verir ki , bu barədə ABŞ prezidenti Donald Tramp Kuala Lumpurda ASEAN sammitində çıxışı zamanı bildirib.
Amerika liderinin sözlərinə görə, onun səfəri dostluq münasibətlərinin möhkəmləndirilməsi, ticarət əlaqələrinin dərinləşdirilməsi, enerji, texnologiya, süni intellekt və kritik minerallar sahələrində əməkdaşlığın inkişafı məqsədi daşıyır. Tramp vurğuladı ki, Birləşmiş Ştatlar Asiyada sabitliyə, təhlükəsizliyə və rifaha töhfə verəcək region ölkələri ilə daha davamlı tərəfdaşlıq axtarır.
Sammitdən əvvəl Kambocanın baş naziri Hun Manet Tailandla münaqişənin həllində vasitəçiliyinə görə ABŞ prezidenti Donald Trampı Nobel Sülh Mükafatına namizəd göstərəcəyini bildirib.