AZ

Maaşla bağlı bilinməyən məqam: reallıq fərqli imiş DİQQƏT

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

“Bu günlərdə Vergilər məcəlləsinə yeni dəyişiklilər çox müzakirə edilir. Əsasən də özəl sektorda 2500 manata qədər olan maaşlara 3% verginin tətbiq edilməsi gündəmdədir”.

Globalinfo.az xəbər verir ki, bunu iqtisadçı Eyyub Kərimli deyib.

O, bu istiqamətdə müəyyən yanlış məlumatların yayıldığını bildirib:

“Əksər saytlar 1000 manata olan maaşlardan 30 manat vergi tutulacağını yazırlar. Lakin bu səhvdir. Belə ki, hazırkı dəyişiklik Vergi məcəlləsinin 102.1.6 maddəsinin tələblərini yenidən tətbiq etməyə imkan verir. Həmin maddənin tələbinə əsasən fiziki şəxslərin gəlirləri ayda 2500 manata qədər olduqda 200 manat olan hissəsi vergi tutulmasından azaddır.

Yəni, 1000 manat maaş alan vətəndaş 30 manat deyil, 24 manat vergi ödəyəcək. 1000-200=800 x 3%=24manat. Həmin maddənin tələbi, ödəniləcək verginin 6 manat azalmasına imkam verir. 2500 manat əməkhaqqı alan şəxs isə 75 deyil, 69 manat vergi ödəməli olacaq”.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
28
globalinfo.az

1Mənbələr