Azərbaycan millisinin Ukrayna ilə oyuna hazırlığı zamanı zədələnmiş “Araz-Naxçıvan”ın müdafiəçisi Rahil Məmmədov əməliyyat olunub.
Arena.az bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir.
Bildirilir ki, müdafiəçiyə budun gətirici əzələlərindən birinin tam qopması diaqnozu qoyulub.
Cərrahiyyə əməliyyatı Finlandiyanın Pihlajalinna klinikasında yerinə yetirilib.
Uğurlu əməliyyatdan sonra özünü yaxşı hiss edən futbolçunun məşqlərə başlayacağı tarixlə bağlı əlavə məlumat veriləcək.
Xatırladaq ki, Rahil Məmmədov “Araz-Naxçıvan”a bu ilin yayında cəlb olunub. 29 yaşlı futbolçunun Naxçıvan klubu ilə 2026-cı ilin 30 iyununadək müqaviləsi mövcuddur. O, sözügedən komandanın heyətində 7 oyun keçirib.
Rahil daha öncə ölkəmizdə “Qarabağ”, “Neftçi”, “Səbail” və “Zirə”nin də formasını geyinib. O, Polşada LKS (Lodz) və “Radomyak” klublarında legioner həyatı da yaşayıb.
28 yaşlı müdafiəçi 2018-ci ilin mart ayında debüt etdiyi Azərbaycan milli komandasının heyətində 22 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

