AZ

PKK Türkiyədən bütün qüvvələrini geri çəkdiyini açıqladı

Ajans.az xəbər verir ki, bu barədə PKK bu gün açıqlama yayıb. Bildirib ki, Türkiyədəki bütün qüvvələri geri çəkirlər. Bu addım PKK-nın lideri Abdullah Öcalanın çağırışı və təşkilatın 12-ci Konqresində qəbul edilən qərarlar əsasında atılıb. Məlumata görə, Öcalanın çağırışından sonra özünü ləğv etmək qərarı verən PKK bu bəyanatla silah qoyma prosesinin yeni mərhələsinə keçdiyini açıqlayıb.

Bir gün əvvəl PKK-ya yaxın media orqanları “təşkilatın Öcalanın çağırışı və əvvəlki konqres qərarları əsasında yeni addım atacağı” barədə xəbər yaymışdılar. Bu xəbərlərdə bugünkü açıqlamanın veriləcəyi öncədən bildirilmişdi.

Seçilən
48
4
Ajans.az

10Mənbələr