GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
“Dünyada nüvə enerjisi ilə işləyən “Burevestnik” qanadlı raketləri yoxdur”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
Onun sözlərinə görə, “Burevestnik” raketinin sınaqları başa çatıb:
“Nüvə enerji qurğusuna malik “Burevestnik” qanadlı raketləri dünyada analoqu olmayan unikal bir silahdır. Raketin sınaqları üzrə əsas vəzifələr yerinə yetirilib”.
Bundan əvvəl hərbi ekspert Yuri Knutov bildirmişdi ki, sözügedən raketlər “qiyamət günü” silahı kateqoriyasına daxildir, çünki ondan istifadə yalnız qlobal nüvə müharibəsi zamanı mümkündür.
Həmçinin oktyabrın 10-da Tacikistanda mətbuat konfransı zamanı Rusiya prezidenti bəyan etmişdi ki, tezliklə yeni silahı elan etmək mümkün olacaq. O, silahın hazırda sınaqdan keçirildiyini vurğulamışdı. Bu fonda Çinin “Sohu” nəşri “Burevestnik”in dünyada qüvvələr balansını kökündən dəyişdirmək qabiliyyətinə diqqət çəkmişdi.
Safura Bənnayeva
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.