AZ

Tramp yenidən Nobel Sülh Mükafatına namizədliyini irəli sürüb

Kambocanın baş naziri Hun Manet ABŞ prezidenti Donald Trampı Tailandla münaqişədə vasitəçiliyinə görə Nobel Sülh Mükafatına namizəd göstərəcəyini açıqlayıb.

NOCOMMENT.az bu barədə TASS-a istinadən xəbər verir.

Hun Manet bu barədə Kuala Lumpurda keçirilən 47-ci ASEAN Sammitində bəyan edib və vurğulayıb ki, məhz ABŞ prezidentinin iştirakı ilə Tailand və Kamboca baş nazirləri oktyabrın 26-da “sülh sazişi” imzalayıblar. Baş nazirin sözlərinə görə, Amerika lideri “mülki insanların həyatını xilas edib” və Kambodi xalqının minnətdarlığına layiqdir.

Daha əvvəl bildirilmişdi ki, Tailand və Kamboca onilliklərin ən pis sərhəd toqquşmalarından sonra danışıqlara başlayıb.

Seçilən
78
nocomment.az

1Mənbələr