AZ

Kriştianu Ronaldu 950-ci qolunu vurdu

"Əl-Nəsr"in superulduzu Kriştianu Ronaldu 950 qol vuran ilk futbolçu olub.

Fanat.Az xəbər verir ki, portuqaliyalı hücumçu Səudiyyə Ərəbistanı çempionatının 6-cı turunda "Əl-Həzm"in qapısına yol tapıb.

40 yaşlı forvardın səfər qarşılaşmasının 79-cu dəqiqəsində fərqlənməsi komandasına 2:0  hesablı qələbə qazandırıb.

Kriştianunun qol sayında ən yaxın izləyicisi Argentina millisinin və ABŞ-nin "İnter Mayami" klubunun hücumçusu Lionel Messidir. Leo 891 dəfə rəqib qapılarını dəqiq nişan alıb.

Nihat

Seçilən
55
1
fanat.az

2Mənbələr