AZ

Bu gün mövsümün ilk “El-Klasiko”su baş tutacaq

BAKI, 26 oktyabr. TELEQRAF

Bu gün İspaniya La Liqasının X turunda “Real Madrid” və “Barselona” komandaları üz-üzə gələcək.

Teleqraf xəbər verir ki, Madridin məşhur “Santyaqo Bernabeu” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 19:15-də start götürəcək.

Tarixi rəqiblərin qarşıdurmasına nəzər saldıqda, iki komanda indiyədək rəsmi olaraq 260 dəfə üz-üzə gəlib. Statistik üstünlük az fərqlə “Real Madrid”in tərəfindədir: madridlilər 105, katalonlar isə 103 qələbə qazanıblar, 52 oyun isə heç-heçə başa çatıb. Ümumilikdə bu görüşlərdə 868 qol vurulub.“Real Madrid”in aktivində 437, “Barselona”nın isə 431 qol var.

Digər mühüm faktlara baxsaq, son 10 “El Klasiko”da tərəflər 5-5 hesablı bərabərlik yaradıb. Mayda “Real Madrid”in baş məşqçi postuna keçən Xabi Alonso üçen də bu, ilk “El-Klasiko” olacaq.

Qeyd edək ki, Xabi Alonsonun baş məşqçisi olduğu komanda La Liqada 9 turdan sonra 8 qələbə və 1 məğlubiyyətlə 24 xal toplayaraq turnir cədvəlinə başçılıq edir. İki xal onlardan geri qalan Hansi Flikin komandası isə ikinci pillədə qərarlaşıb.

Seçilən
44
2
teleqraf.com

3Mənbələr