Vanuatu sahillərində 6 maqnitudalı zəlzələ baş verib.
Metbuat.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 10:28-də (Bakı vaxtı ilə 03:28) Sola şəhərindən 206 km şimal-qərbdə qeydə alınıb. Ocaq 54 km dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb, sunami təhlükəsi elan edilməyib.