AZ

Gəncədə saxlanılan keçmiş vəkil Zabil Qəhrəmanov həbs olundu

Gəncədə saxlanılan keçmiş vəkilin məhkəməsi keçirilib.

 

Senzor.az bildirir ki, Gəncə Şəhər Məhkəməsində hakim Liza Xanməmmədovanın sədrliyi ilə keçirilən prosesdə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

Məhkəmədə Zabil Qəhrəmanovu 9 vəkil müdafiə edib.

 

Qeyd edək ki, Zabil Qəhrəmanov oktyabrın 23-də avtoyuma məntəqəsində bir nəfərə xəsarət yetirməkdə şübhəli bilinərək polis əməkdaşları tərəfindən saxlanılıb.

 

O, Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq - ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmək), 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunub.

Seçilən
14
7
senzor.az

10Mənbələr