AZ

Bu il Almaniyadan 17 min 651 nəfər deportasiya edilib

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Almaniyadan 17 min 651 nəfərdeportasiya edilib. Bu, ötən illə müqayisədə təxminən 20 faizçoxdur.

Trend xəbər verir ki,deportasiya olunanların əksəriyyəti Türkiyəyə (1614 nəfər) vəGürcüstana (1379 nəfər) göndərilib. Ümumilikdə geri göndərilənlərin3 min 95-i uşaq və yeniyetmə olub.

Qeyd edək ki, Almaniya hökuməti cinayət törətmiş əfqanları datezliklə öz ölkələrinə deportasiya etməyi planlaşdırır. Almaniya vəTaliban arasında Əfqanıstana deportasiyalarla bağlı danışıqlarınyekun mərhələdə olduğu bildirilir. Almaniyanın daxili işlər naziriAleksander Dobrindt danışıqlarda irəliləyişin əldə olunduğunu,deportasiyaların təkcə çarter reysləri ilə deyil, həm də adikommersiya uçuşları ilə həyata keçirilə biləcəyini açıqlayıb.

Seçilən
89
3
az.trend.az

4Mənbələr