AZ

Okan Burukun qardaşından maraqlı açıqlamalar Bude/Qlimt Türkiyədə hər klubun...

Footbal-plus portalından verilən məlumata əsasən, ain.az bildirir.

''Qalatasaray''ı uğurla çalışdıran Okan Burukun qardaşı Fuad Buruk Türkiyə mətbuatına önəmli acıqlamalar verib. "Football-plus.az" xəbər verir ki, 2015-ci ildə köməkçi məşqçi kimi İstanbul nəhəngində 3 titul qazanmış Fuad Buruk ''sarı-qırmızılar'', eləcə də qardaşı Okan Buruk haqda danışaraq bunları deyib:

''Ötən bazar günü Okanın ad gününü qeyd etdik. 52 yaşı oldu. Oğlu Əli Yiğit yeməkləri seçdi. Ailəlikcə gözəl gün keçirdik. Əli Yiğit futbolun idarəetmə qismində çox irəliləyib. Klubun işləmə mexanizmi, daxili ab-hava kimi məqamları artıq gözəl bilir. Gələcəkdə ondan çox güclü yönətici yetişəcək. Futbol və oyunçu biliyi yüksək səviyyədədi. Bəzi məqamlarda bizi yaxşı mənada təəccübləndirir. Uşaqlıqdan bu işin içindədi. ''Qalatasaray'' onun üçün məktəbdi. Okan Burukun müqaviləsi mövzusuna müdaxilə etməyə ehtiyac görmürəm. Hər iki tərəf də nə edəcəyini gözəl bilir. Okan zatən uşaqlıqdan ''Qalatasaray''lıdı. Öz aralarında bu məsələni həll ediblər. ''Ayntraxt''a məğlubiyyətin bir qəza olduğunu dilə gətirmişdim. ''Qalatasaray'' Çempionlar Liqasında necə oynamaq lazım gəldiyini gözəl bilir. ''Liverpul'' və ''Bude/Qlimt'' ilə oyunlarda əsil gücünü göstərdi. ''Qalatasaray'' son matçda Türkiyə futbolunun çox üzərində olan bir templə oynadı. Türkiyədə ''Qalatasaray''dan başqa bu matçda bu cür templə oynaya biləcək başqa klub yoxdu. ''Bude/Qlimt'' superliqada hər klubun içindən keçər! ''Qalatasaray'' sadəcə onların tempindən daha yüksək temp teklif edə bildiyi üçün qalib gəldi. Yalnız nəticəni əldə etdikdən və rahatlaşdıqdan sonra rəqibə əl-qol açmağa imkan verdilər. ''Bude/Qlimt'' çox yaxşı komandadı. Onları ancaq bu cür templə yenmək olardı''.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
78
1
icma.az

2Mənbələr