ain.az, Oxu.az portalına istinadən məlumat yayır.
"Bring a Trailer" onlayn hərrac saytında qeyri-adi elan ortaya çıxıb.
Oxu.Az xəbər verir ki, satışa yeni 2026-cı il "Chevrolet Corvette ZR1" superkarı təqdim edilib.
Avtomobil cəmi 64 kilometr yürüşə malikdir. Satışı öz üzərinə götürən diler spekulyant olmadığını iddia edir. Məlumata görə, sahibi "Corvette"dən məmnun olsa da, ondan ayrılmaq məcburiyyətində qalıb. Satışın qəribə səbəbi ondan ibarətdir ki, avtomobil öz gücü ilə onu qorxudub.
Belə ki, 1064 at güclü 5,5 litrlik "supercharged V8" mühərrikinə malik avtomobil "Bugatti Veyron"dan daha güclüdür.
Hərraca çıxarılan avtomobil 333 min dollara təklif olunsa da, 305 min dollara satılıb.












Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.
