AZ

MS-ni tərk edə bilər

Mateo Kovaçiç tezliklə klubundan ayrıla bilər.

"Football-plus.az" xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi “Mançester Siti” ilə müddəti 2027-ci ilin yayında başa çatacaq müqaviləsinin yenilənməsi ilə bağlı danışıq aparmır. Rəhbərliyin xorvatiyalı futbolçunun transferi ilə bağlı gələcək təkliflərə açıq olacağı bildirilir. Kovaçiçə maraq göstərən klublar sırasında “Aston Villa” və “Vest Hem”in adı daha çox hallanır. Bu klubların sırasına “Milan” da qoşula bilər.

Mateo MS-nin formasını 2023-cü ilin yayından geyir. O, ötən müddət ərzində bütün turnirlərdə ümumilikdə 90 oyunda iştirak edib, 10 qol vurub və 4 məhsuldar ötürmə edib.

Seçilən
104
1
football-plus.az

2Mənbələr