BAKI, 26 oktyabr. TELEQRAF
Ukraynaya qarşı müharibənin həlli kifayət qədər tez tapıla bilər, amma bunun üçün Moskva üç əsas şərtin yerinə yetirilməsini tələb edir.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri, Rusiya Prezidentinin investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev deyib.
"İlk şərtlərdən biri Ukrayna üçün təhlükəsizlik zəmanətləridir. Rusiya bu zəmanətləri təmin etməyə hazırdır.
Bundan əlavə, Dmitriyev Ukrayna ərazisi məsələsini xatırladaraq, Rusiyanın öz qonşu dövlətinə hücumlarını əsaslandırmaq üçün istifadə etdiyi rusdilli əhaliyə hücum arqumentini qeyd edib. Həmçinin Ukraynanın neytrallığı Rusiyanın təhlükəsizliyi üçün vacibdir.
“Əslində, onların diplomatik yolla necə həll oluna biləcəyini başa düşsək, kifayət qədər tez həll yolu tapmaq olar”, – deyə Dmitriyev əlavə edib.