ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.
"Lionsgate" kinostudiyası "Aclıq Oyunları" filminin pərəstişkarları arasında keçirilən açıq kastinqin qalibini elan edib.
Oxu.Az "DailyAfisha"ya istinadən xəbər verir ki, qalib Floridadan (ABŞ) olan aktyor və rejissor Devon Sinqlteri olub.
O, baş qəhrəman Kitnisin atasının yaxın dostu rolunu oynayacaq. Aktyor, layihədə iştirak etməyin böyük bir şərəf olduğunu və "Aclıq Oyunları"na uzun müddətdir heyran olduğunu etiraf edib.
Qeyd edək ki, yeni filmdə hadisələr orijinal hekayədən 25 il əvvəl baş verəcək.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.