AZ

Rusiya müdafiə nazirinin keçmiş müavini: İttihamları qəbul etmirəm

BAKI, 26 oktyabr. TELEQRAF

Rusiya müdafiə nazirinin keçmiş müavini Timur İvanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Xüsusilə külli miqdarda rüşvət almaqda ittiham olunan iş adamı Sergey Borodinə qarşı cinayət işi Rusiya müdafiə nazirinin keçmiş müavini Timur İvanov və iş adamı Aleksandr Fominə qarşı işdən ayrılıb.

Məlumata görə, S.Borodin istintaqla əməkdaşlığa razılaşıb. Eyni zamanda o sövdələşmə çərçivəsində digər təqsirləndirilən şəxslərdən ayrı mühakimə olunacaq. O, Rusiya Cinayət Məcəlləsinin 290-cı maddəsi üzrə iki epizodda - külli miqdarda rüşvət almaqda ittiham olunur.

İbtidai istintaq zamanı S.Borodin və A.Fomin günahlarını etiraf ediblər və İstintaq Komitəsi ilə əməkdaşlıq ediblər. Müstəntiqlərin versiyasına görə, A.Fomin Timur İvanova təmir və tikinti layihələri ilə bağlı maliyyə xidmətləri göstərərək onun qeyri-qanuni gəlir əldə etməsinə şərait yaradıb.

İstintaq müəyyən edib ki, İvanov və digərləri 2023-cü ilin dekabrında “Olimpsitistroy” və “Oboronspetsstroy” şirkətlərinin nümayəndələrindən külli miqdarda rüşvət alıblar.

Timur İvanov ona qarşı irəli sürülən ittihamları qəbul etmir.

Seçilən
113
2
teleqraf.com

3Mənbələr