BAKI, 26 oktyabr. TELEQRAF
HƏMAS Hərəkatı ölən girovların cəsədlərini mümkün qədər tez İsrailə qaytarmasa, ona qarşı tədbirlər görüləcək.
Teleqraf xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp "Truth Social" şəbəkə hesabında yazıb.
"HƏMAS mümkün qədər tez düşünməlidir. Ölən girovların, o cümlədən iki amerikalının cəsədlərini qaytarmalıdır yoxsa bu böyük sülh prosesində iştirak edən digər ölkələr hərəkətə keçəcək. HƏMAS-ın növbəti 48 saat ərzində hərəkətlərini çox yaxından izləyəcəm", - deyə yazıb.