BAKI, 25 oktyabr. TELEQRAF
Litva hakimiyyəti səmada naməlum obyektlərin görünməsi ilə əlaqədar Vilnüs Beynəlxalq Hava Limanının bağlandığını təsdiqləyib.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin Milli Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi məlumat yayıb.
"Ehtimallara görə hava məkanında hava şarları aşkar edilib", - məlumatda deyilir.
Litva tərəfinin bəyanatına görə, bu şarlardan qonşu Belarusdan qaçaqmalçılıq yolu ilə siqaret keçirmək üçün geniş istifadə edirlər.