ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri və prezidentin xüsusi nümayəndəsi Kirill Dmitriyev ABŞ-a səfəri zamanı tərəfdaşlara Rusiya Prezidenti Vladimir Putinin sitatları ilə bəzədilmiş konfetlər hədiyyə edib.
Globalinfo.az xəbər verir ki, o, konfet qutusunun fotosunu o, öz “Telegram” kanalında paylaşıb.
Konfetlərin üzərində “Rusiya ilə güc mövqeyindən dialoq aparmaq mənasızdır” kimi ifadələr yer alıb.
Qutunun üzərində prezidentin şəkli də əks olunub. Şokolad kağızlarının üzərində isə Putinə məxsus fərqli sitatlar yazılıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.