AZ

Dmitri Belik: Dünya Rusiyanın enerji resursları olmadan yaşaya bilməz

BAKI, 26 oktyabr. TELEQRAF

"Dünya Rusiyanın enerji resursları olmadan yaşaya bilməz".

Teleqraf xəbər verir ki, bu fikirləri Dövlət Dumasının deputatı Dmitri Belik "RİA Novosti"-yə deyib.

"Dünyada Rusiyanın enerji məhsullarını bazardan çıxarmaq üçün kifayət qədər neft yoxdur, nə qədər bunupisləsələr də. Təchizatı kəssək, tezliklə yanacaqdoldurma məntəqələrində yüksək qiymətlərlə tıxaclar yaranacaq ki, bu da Avropa və Amerika ictimaiyyətinə açıq-aydın ziyan vuracaq".

Belik əlavə edib ki, Qərb ölkələrinin Rusiyaya qarşı sanksiyalar tətbiq etməsinə ehtiyac yoxdur. Deputatın fikrincə, onlar başa düşməlidirlər ki, Ukraynadakı münaqişənin həlli Rusiyaya lazımi təhlükəsizlik zəmanətlərini almağa imkan verəcək.

"Bundan başqa, Kiyev Moskvanın bütün şərtlərini yerinə yetirdikdən sonra respublika dövlət kimi inkişafını davam etdirə biləcək",- deputat vurğulayıb.

Qeyd edək ki, oktyabrın 23-də ABŞ Rusiya neft şirkətlərinə qarşı yeni sanksiyalar tətbiq edib. ABŞ-nin yeni anti-Rusiya məhdudiyyətləri neft istehsalçıları Rosneft və Lukoil şirkətlərinə təsir edəcək.

Seçilən
84
teleqraf.com

1Mənbələr