"Hər bir dövlətin iqtisadi, sosial gücünü və inkişafını göstərən vacib elementlərdən biri də dövlət büdcəsidir. Dövlət büdcəsinin müqayisəli təhlili nəticəsində iqtisadi artım və sosial müdafiə tədbirlərinin güclənməsinin şahidi olmaq mümkündür. Rəqəmlərə müraciət etsək, son 10 ilə yaxın dövrdə Azərbaycanda dövlət büdcəsinin təqribən 2 dəfə artığını görə bilərik. Məsələn, 2016-cı il dövlət büdcəsinin gəlirləri 16 milyard 822 milyon manat, xərcləri 18 milyard 495 milyon manat olduğu halda, 2024-cü il üçün bu rəqəmlər müvafiq olaraq 34 milyard 173 milyon manat və 36 milyard 763 milyon manat məbləğində planlaşdırılır. Bu iqtisadi artım son illərdə ölkəmizdə bütün sahələrdə müşahidə olunur".
Bu sözləri deyib.Beynəlxalq Dİsapor Mərkəzinin rəhbəri İsmayıl Ağayev deyib.
QHT sədri fikirlərinin davamı olaraq bildirib ki, 2021-ci il dövlət büdcəsinin gəlirləri 25 milyard 427 milyon manat, xərcləri 28 milyard 543 milyon manat, 2022-ci il dövlət büdcəsinin gəlirləri 29 milyard 197,8 milyon manat, xərcləri 32 milyard 303,8 milyon manat və 2023-cü il dövlət büdcəsinin gəlirləri 33 milyard 890,5 milyon manat, xərcləri 36 milyard 624,8 milyon manat olub. Növbəti il üçün isə qeyd etdiyimiz kimi, bu rəqəm 34 milyard 173 milyon manat və 36 milyard 763 milyon manat məbləğində planlaşdırılır. Son 4 ilin artımı isə təqribən 35 faiz həcmindədir. Dövlət büdcəsinin formalaşdırıldığı zaman Prezident İlham Əliyevin müəyyən etdiyi prioritetlərin ən vacibi isə hər zaman sosial sahə olub. Dövlətimizin başçısı çıxışlarında dəfələrlə bildirib ki, Azərbaycan sosial dövlətdir və həyata keçirilən islahatların ana xəttini vətəndaşların sosial rifahının gücləndirilməsi təşkil edir. Bu baxımdan xüsusi qeyd etmək lazımdır ki, hər il dövlət büdcəsi tərtib edilərkən büdcənin sosialyönümlü olmasına xüsusi diqqət yetirilib. Bunun əyani nəticəsi olaraq qeyd edə bilərik ki, 2003-2023-cü illərdə sosial təyinatlı büdcə xərcləri 20 dəfədən çox artıb. Xatırlasaq görərik ki, 20 il əvvəl yoxsulluq şəraitində yaşayan insanların sayı 45 faizə yaxın idi.