AZ

Salyanda AĞIR QƏZA: 5 nəfər xəsarət aldı

Salyanda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Qeyd edilib ki, Salyan-Neftçala avtomobil yolunun Kürqaraqaşlı kəndi istiqamətində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 5 nəfər (1 qadın, 4 kişi) Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Müxtəlif növ bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib.Hazırda müvafiq şöbədə müalicələri davam etdirilir, vəziyyətləri stabildir.

Bizim.Media

Seçilən
44
1
bizim.media

2Mənbələr