İspaniya La Liqasının 10-cu turunda “Atletik Bilbao” və “Xetafe” üz-üzə gəliblər.
İdman.Biz bildirir ki, komandalar Bilbaodakı “San Mames” stadionunda oynayıblar.
Matçda qonaqlar 1-0 hesabı ilə qalib gəliblər. Oyunun yeganə qolunu 75-ci dəqiqədə “Xetafe”nin hücumçusu Borxa Mayoral vurdu.
Bu qələbə “Xetafe”yə xallarının sayını 14-ə çatdırmağa və İspaniya liqasının cədvəlində doqquzuncu yerə yüksəlməyə imkan verib. “Atletik Bilbao” 14 xalla La Liqada səkkizinci yerdədir.