AZ

İsrail Qəzzada atəşkəs rejimini pozdu

ain.az, Unikal.az saytına istinadən bildirir.

İsrail ordusu Qəzzanın mərkəzində İsrail əsgərlərinə hücum planlaşdırdığı iddia edilən şəxsə qarşı "dəqiq əməliyyat" keçirildiyini açıqlayıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, əməliyyatın İslami Cihad üzvlərinə qarşı pilotsuz uçuş aparatlarından istifadə edilərək həyata keçirildiyi iddia edilir. Hücumda bir avtomobilin hədəf alındığı bildirilsə də, ölən və ya yaralananların sayı barədə məlumat verilməyib.

İsrail ordusu bununla da Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
62
3
unikal.az

4Mənbələr