"Sabah" Premyer Liqanın IX turunda heç-heçə edib.
Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçisi "Araz-Naxçıvan"la "sülh bağlayıb" - 2:2.
"Bayquşlar"ın heyətində 54-cü dəqiqədə Stiv Solvet, 73-cü dəqiqədə penaltidən Coy Lens Mikels fərqləniblər.
Naxçıvan klubunun qollarına 58-ci dəqiqədə İssuf Paro, 90+8-ci dəqiqədə Ba-Muaka Simakala imza atıb.
Bu nəticədən sonra xallarının sayını 15-ə çatdıran "bayquşlar" dördüncü, 16 xalı olan "Araz-Naxçıvan" üçüncü sıradadır.
“Araz-Naxçıvan” - “Sabah” 2:2