AZ

“Borussiya” 3 xalı tək qolla qazandı

Almaniya Bundesliqasının VIII turu çərçivəsində “Borussiya Dortmund” öz meydanında “Köln” komandası ilə qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə, oyunu baş hakim Benyamin Brand (Heroltzhofen) idarə edib.

Görüş 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Yeganə qol 90+6-cı dəqiqədə Maksimilian Bayer tərəfindən vurulub.

Bu qələbədən sonra “Borussiya” Dortmund 17 xalla turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. “Köln” isə 11 xalla 8-ci sıradadır.

Növbəti turda “qara-sarılar” oktyabrın 31-də səfərdə “Augsburg”la, “qırmızı-ağlar” isə noyabrın 2-də evdə “Hamburg”u qəbul edəcəklər.

Seçilən
71
90deqiqe.az

1Mənbələr