AZ

“Napoli” “İnter” üzərində inamlı qələbə qazandı

İtaliya A Seriyasının VIII turu çərçivəsində keçirilən “Napoli” – “İnter” qarşılaşması başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, görüş “Dieqo Armando Maradona” stadionunda (Neapol) baş tutub və meydan sahibləri 3:1 hesablı qələbə qazanıblar. 

Matçın 33-cü dəqiqəsində Kevin De Bröyne penaltidən fərqlənərək hesabı açıb. 54-cü dəqiqədə Skott Maktominay neapolluların üstünlüyünü artırıb. 59-cu dəqiqədə “İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu penalti zərbəsini dəqiq yerinə yetirərək fərqi azaldıb. 67-ci dəqiqədə Frank Angissa “Napoli”nin üçüncü qoluna imza atıb.

Bu qələbədən sonra “Napoli” 18 xalla A Seriyasının liderliyinə yüksəlib. 15 xala malik “İnter” isə üçüncü pillədə qərarlaşıb.

Növbəti turda “Napoli” oktyabrın 28-də səfərdə “Leççe” ilə, “İnter” isə oktyabrın 29-da evdə “Fiorentina” ilə qarşılaşacaq.

Seçilən
78
90deqiqe.az

1Mənbələr