ain.az, Axar.az portalına istinadən məlumat yayır.
ABŞ Prezidenti Donald Tramp milli Hərbi Dəniz Qüvvələrini yeniləmək və onu Qızıl Donanmaya çevirmək istəyir.
Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnalı” məlumat yayıb.
Nəşr qeyd edir ki, Ağ Ev və Hərbi Dəniz Qüvvələrinin rəsmiləri mövcud donanmanın Çinə və potensial təhlükələrə qarşı daha yenisi ilə əvəzlənməsi imkanlarını müzakirə edirlər. Hazırda müzakirələr ilkin mərhələdədir və danışıqlarda Tramp da iştirak edir.
Jurnal əlavə olaraq bildirib ki, sözügedən “Qızıl Donanma”ya uzaqmənzilli raketlərlə silahlanmış iri hərbi gəmilərin daxil olacağı gözlənilir.
Bundan əlavə, Ağ Ev və Pentaqon hipersəs raketləri daşıya bilən yeni, ağır zirehli gəmi yaratmaq üçün danışıqlara başlayıb. Vaşinqton donanmaya 280-300 gəmi, eləcə də “çox sayda pilotsuz gəmi” daxil etməyi planlaşdırır.
Planın nə vaxt həyata keçiriləcəyi barədə məlumat verilməyib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.
 
                        