AZ

Xaç atası filminin rejissoru pulsuzluqdan əşyalarını satır

Ayna saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Francis Ford Coppola yeddi saatdan ibarət kolleksiyanı hərraca çıxaracaq

Məşhur rejissor Francis Ford Coppola pulsuzluq ucbatından əşyalarını satmaq məcburiyyətində qalıb. AYNA.AZ xəbər verir ki, bu barədə "New York Times" qəzeti məlumat yayıb.

Bildirilib ki, 6 dekabr tarixində "Xaç atası" trilogiyasının rejissoru yeddi saatdan ibarət kolleksiyanı hərraca çıxaracaq.

Ən yaxşı lot rejissorun 2014-cü ildə İsveçrə saat istehsalçısı “F.P. Journe”nin dizayn etdiyi saatdır. Bu saat cəmi bir neçə ədəd istehsal edilib və 1 milyon dollara başa gəlib.

"Suda qalmaq üçün bir az pul toplamalıyam", - deyə Coppola izah edib.

Coppolanın sonuncu filmi olan "Mealopolis" 2024-cü ildə nümayiş olunub və rejissor onun istehsalına öz cibindən pul xərcləyib. Film heç bir qazanc əldə edə bilməyib.

"Amma filmlərimin çoxu zamanla özünü doğruldur", - deyə rejissor onu da borclu qoymuş, lakin bir neçə onillik ərzində 150 ​​milyon dollar qazanmağı bacaran "Apokalipsis " filminə istinad edərək bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
68
ayna.az

1Mənbələr