AZ

ABŞ-da atışma nəticəsində 2 nəfər ölüb, 11 nəfər xəsarət alıb

Vaşinqton, 25 oktyabr, AZƏRTAC

ABŞ-nin Şimali Karolina ştatında əyləncə tədbirində baş verən kütləvi atışma nəticəsində iki nəfər ölüb.

AZƏRTAC-ın məlumatına görə, hadisə zamanı xəsarət alan daha yeddi nəfərin vəziyyəti ağırdır.

Robson əyalət şerifinin yaydığı məlumatına görə, Makston şəhərinin yaxınlığında baş verən insidentdə ümumilikdə 13 nəfər güllələnib. Bildirilir ki, hüquq-mühafizə orqanları gələnə qədər 150-dən çox insan atışma yerindən qaçıb. Hadisəni törətməkdə təqsirli bilinən şəxslər hələlik müəyyən olunmayıb.

 
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Seçilən
98
9
azertag.az

10Mənbələr