Axar.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Yaponiyanın yeni baş naziri Sanae Takaiçi ABŞ Prezidenti Donald Trampla telefonla danışıb.
Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Yaponiya-ABŞ ittifaqını gücləndirmək və onu daha da yüksək səviyyəyə qaldırmaq barədə razılığa gəldik", - deyə Takaiçi jurnalistlərə bildirib.
Baş nazir, əlavə olaraq Yaponiyanın ABŞ üçün Hind-Sakit okean strategiyasının həyata keçirilməsində və "Çinə qarşı mübarizədə" əhəmiyyətindən də bəhs edib.
Qeyd edək ki, oktyabrın 26-da Malayziyanın paytaxtında ASEAN-ın tarixdə ən böyük sammiti baş tutacaq. Oktyabrın 26-da təşkilata üzv dövlətlərin liderləri ilə yanaşı, ABŞ Prezidenti Donald Tramp, Yaponiyanın baş naziri Sanae Takaiçi və digər ölkələrin rəsmi şəxsləri iştirak edəcək. ASEAN sammitindən dərhal sonra Takaiçi və Tramp Yaponiyaya qayıdacaq və ABŞ Prezidentinin oktyabrın 29-dək davam edəcək rəsmi səfəri olacaq.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.