AZ

Almaniyalı nazirin Kiyevdə başına iş gəldi: Təcili sığınacağa qaçdı

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Almaniyanın iqtisadiyyat naziri Katerina Rayxe Ukraynaya səfəri zamanı Kiyevdə baş verən raket hücumu səbəbindən bir saatı bomba sığınacağında keçirməli olub.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı Almaniyanın İqtisadiyyat Nazirliyi “DW”yə təsdiqləyib.

Nazir və onun müşayiət heyəti hava həyəcanı siqnalı verildikdən sonra otelin yeraltı dayanacağında yerləşən sığınacağa eniblər. Nazirliyin nümayəndələrinin bildirdiyinə görə, “Rayxe və alman nümayəndə heyəti təxminən bir saat sığınacaqda qalıblar. Bütün heyət üzvləri özlərini yaxşı hiss edirlər.”

Hadisə barədə “Handelsblatt” qəzeti də məlumat yayıb. Nəşrin yazdığına görə, sığınacaq kimi istifadə edilən yer otelin artıq fəaliyyət göstərməyən yeraltı avtodayanacağı olub.

Şənbə günü keçirdiyi mətbuat konfransında Katerina Rayxe həmin gecəni “çətin və gərgin təcrübə” adlandırıb:

“Bu gecə mənə bir daha göstərdi ki, Rusiyanın Ukrayna əhalisinə qarşı hücumları onların ruhunu sındırmaq məqsədi daşıyır. Təəssüf ki, ukraynalılar üçün bu, artıq acı reallığa çevrilib,” – deyə Rayxe bildirib.

Xatırladaq ki, Almaniya iqtisadiyyat naziri 24 oktyabrda Ukraynaya səfər edib. Səfərin məqsədi Rusiyanın son raket hücumları nəticəsində ciddi zərər görmüş Ukraynanın enerji infrastrukturunun bərpası üçün ehtiyacları yerində qiymətləndirmək olub.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
61
globalinfo.az

1Mənbələr