AZ

Kiyev İsveçdən ilk “Gripen” qırıcısını 2026 cı ildə almağı planlaşdırır

ain.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Ukrayna İsveçdən razılıq əldə edilmiş 150 “Gripen” qırıcı təyyarəsinin ilk partiyasını artıq 2026-cı ildə almağı planlaşdırır.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

“İsveçlə Gripen döyüş təyyarələri ilə bağlı razılaşma. Ukrayna üçün bu təyyarələrdən 150-ni alacağımıza ümid edirik və ilk təyyarələr gələn il gəlməlidir”, – deyə o, “Telegram” kanalında yazıb.

Zelenskinin 22 oktyabrda İsveçə səfəri zamanı müdafiə sahəsində anlaşma memorandumu imzalanıb. Məlumata görə, Stokholm Kiyevə 100-150 ədəd “JAS 39 Gripen E” qırıcı təyyarəsi satmağı planlaşdırır.

Daha sonra müdafiə naziri Pol Yonson bildirib ki, müqavilə üçün ödəniş dondurulmuş Rusiya aktivlərindən istifadə etməklə həyata keçirilə bilər. Bu aktivlər Avropa İttifaqı ölkələrinin hazırlamağa çalışdığı hüquqi mexanizmlərdir.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
47
3
icma.az

4Mənbələr