AZ

“Qarabağ”ın rəqibi Burkhardtın qolları ilə qələbə qazandı

Almaniya Bundesliqasının 8-ci turunda “Ayntraxt Frankfurt” və “Sankt-Pauli” arasında keçirilən oyun başa çatıb.

İdman.Biz xəbər verir ki, “qartallar” qarşılaşmada 2-0 hesabı ilə qələbə qazanıblar.

Hesabı 35-ci dəqiqədə Conatan Burkhardt açıb. 56-cı dəqiqədə Burkhardt ikinci qolunu vurub.

Bu oyundan sonra “Ayntraxt Frankfurt” Almaniya yüksək divizionunda 13 xalla altıncı, “Sankt-Pauli” isə yeddi xalla 14-cü yerdədir.

Növbəti turda “qartallar” noyabrın 1-də səfərdə “Haydenhaym”la qarşılaşacaqlar . “Sankt-Pauli” həmin gün öz meydanında “"Borussiya Mönhenqladbax”ı qəbul edəcək.

İdman.Biz

Seçilən
68
1
idman.biz

2Mənbələr