AZ

“Mister Bin aktyor deyil”

Axmaq bir vəziyyətdə tamaşaçını güldürən aktyordur - əgər ona aktyor demək olarsa.

Ölkə.Az xəbər verir ki, bu sözləri Əməkdar artisti Coşqun Rəhimov Mister Bin obrazını canlandıran Rovan Atkinson barədə danışarkən söyləyib.

"Ancaq Mister Bindir. Bunu onun canından çıxartmaq olmur. Bəlkə də, insan həyatda belədir. Çox bəsit, sadə vəziyyətdə elə gülüş yaradır ki, formanı itirmədən... Yəni beləsinə aktyor demirlər. "Mister Bin" tapılmış bir formanı ömür boyu eyni qəlibdə tamaşaçıya nümayiş etdirib. Biz bu insanı aktyor sənəti, aktyor məharəti olan bir insan kimi təqdim edə bilmərik", - deyə Coşqun Rəhimov bildirib.

Seçilən
56
1
olke.az

2Mənbələr