AZ

ABŞ-ın sanksiyaları məcbur edir: Moskva klubu sahibini dəyişir

“Lukoyl” rəhbərliyi “Spartak”ın səhmlərini başqa sahibə ötürməyi düşünür.

Publika.az xəbər verir ki, bu barədə “Championat”a vəziyyətlə tanış olan iki mənbə bildirib.

“Lukoyl”a qarşı ABŞ sanksiyalardan sonra “Spartak”a dəyən ziyanı minimuma endirmək üçün bir variant klubu yeni sahibə ötürməkdir. Əvvəllər VTB və “Dinamo” bu sxemdən istifadə edib”, – mənbə bildirib.

Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Rusiyanın iki ən böyük neft şirkəti olan “Rosneft” və “Lukoyl”a qarşı sanksiyalar tətbiq edib. Onlar həmçinin 28 törəmə şirkətini hədəfə alıblar.

Seçilən
49
2
publika.az

3Mənbələr