Xuliqanlıq və dələduzluq etməkdə ittiham edilən vəkil Zabil Qəhrəmanov bu saatlarda Gəncə şəhər Məhkəməsinə gətirilib. Z. Qəhrəmanovun hüquqlarını üç vəkil qoruyur. Zabil Qəhrəmanov oktyabrın 23- də polis əməkdaşları tərəfindən saxlanılıb.
Moderator.az xəbər verir ki, onun Gəncədə avtoyuma məntəsində bir nəfərlə mübahisə edərək həmin şəxsə xəsarət yetirdiyi və müvəkkilinə qarşı dələduzluq etməsi iddia olunur.