Misli Premyer Liqasının IX turunda "Araz-Naxçıvan" "Sabah" ilə 2:2 hesablı heç-heçə edib. 

Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında baş məşqçi Elmar Baxşıyev matçı şərh edib:

"Dinamik oyun izlədik. Hər iki komanda oyuna rəng qatdı. Komandanın oyunundan razı qaldım. Əzmkarlığı, oyun dəsti-xətti, xarakteri ilə seçilir. Bir xal qazandıq. Rəqibi də qiymətləndirmək lazımdır. Yaxşı, iddialı komandadır. Hakimlərlə bağlı çox danışmaq istəmirəm. Komandamı oyuna kökləmək istəyirəm. Referi qərar verirsə, oyun çox dayanmamalıdır. Çünki dayanma çox olduqca və gözləmə müddəti uzandıqca, oyunçular da tonusdan düşürlər. Bizə də təzyiq yaradan amillər var. Ötən oyunda heç kim oyundan kənar vəziyyət olmadığını sübut edən kadr göstərə bilmədi. Bugünkü matçda verilən penalti qərarı da yüngül idi. Komanda olaraq daha güclü və iddialı olmalıyıq ki, hansısa maneə bizə problem yaratmasın".