Gənc braziliyalı ulduz Endrik gələcək karyerası ilə bağlı tələblərini açıqlayıb.
Fanat.Az xəbər verir ki, ESPN Brasil-in məlumatına görə, futbolçu növbəti klubuna keçid üçün bir sıra konkret şərtlər irəli sürüb.
Mənbənin məlumatına əsasən, Endrikin növbəti komandası:
- Avropanın “top-5” liqasından biri olmalı və ya Portuqaliyada ilk “üçlük”də yer almalıdır;
- Çempionlar Liqası və ya Avropa Liqasında çıxış etməlidir;
- Hücumameyilli futbol üslubuna sahib olmalıdır;
- Hər mövsüm liqa çempionluğu uğrunda mübarizə aparmalıdır.
Qeyd edək ki, gənc forvard hal-hazırda “Real Madrid”in heyətində çıxış edir və gələcəyi ilə bağlı qərarını mövsümün sonunda verəcəyi gözlənilir.