AZ

Yunanıstan klubu “Qarabağ”ın legioneri ilə MARAQLANIR

"Panatinaikos" klubu "Qarabağ"ın yarımmüdafiəçisi Marko Yankoviç üçün israrını davam etdirir.

Bizim.Media xəbər verir ki, onlar Ağdam təmsilçisinin "Atletik Bilbao" ilə matçına öz skautlarını göndəriblər.

Yunanıstan klubu bir ilə yaxındır monteneqrolu futbolçunu yaxından izləyir.

"Yaşıllar" bu yay onu transfer etmək istəsə də, Yankoviç bu təklifi geri çevirib. Lakin onların israrı davam edir.

Qeyd edək ki, 30 yaşlı futbolçunun "Qarabağ"la 2027-ci ilin yayına qədər müqaviləsi var.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
48
5
bizim.media

10Mənbələr